Aprelin 14-də vətəndaşların bank kartlarından 13818 manat oğurlanıb.
DİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Belə ki, aprelin 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.