ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun təyyarəsi Omana eniş edib.
Ucnoqta.az xəbər verir ki, bunu Flightradar izləmə xidmətinin məlumatları sübut edir.
Aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək və orada İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrlərini müzakirə etməyi planlaşdırırlar.
Daha əvvəl Uitkoff Rusiya prezidenti Vladimir Putinlə 4 saatlıq görüş keçirib.