Salyanda məşhur marketdə saxta araqlar satılırmış

17:53 - 10 Aprel 2025 - Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.      

AQTA-dan verilən xəbərə görə, baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Xəbər xətti