Sabunçuda 5 otaqlı ev yanıb

09:15 - 10 Aprel 2025 - HADİSƏ

Sabunçuda 5 otaqlı ev yanıb.

Bu barədə Ucnoqta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə, dam örtüyü 40 m² sahədə və dam örtüyünün şüşə pambıq üzlüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti