İsrail helikopterləri üç yaşayış binasına zərbə endirib

00:01 - 10 Aprel 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər Livanın cənubundakı Yater şəhərində şiə milis Hizbullahın obyektlərinin yerləşdiyi üç evə zərbələr endirib.

Ucnoqta.az-ın məlumatına görə, Al Jadeed TV xəbər verir ki, hücum bütün sakinlər raketlərin atıldığı ərazidən evakuasiya edildikdən sonra baş verib.

İDF sözçüsü əhalini gözlənilən hava hücumu ilə bağlı xəbərdar edib və insanlardan xəritədə işarələnmiş binaları və yaxınlıqdakı tikililəri tərk etməyi tələb edib.

Xəbər xətti