Ən çox şikayət olunan sığorta şirkətləri

16:47 - 9 Aprel 2025 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin mart ayında avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkətlərini açıqlayıb.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, son bir ildə Azərbaycanda ən çox şikayət edilən şirkət 1.26 indeksi ilə yenə də "PAŞA Sığorta" olub. Sığorta şirkəti bu nəticə ilə növbəti dəfə qırmızı zolaqda yer alıb. 

İlin əvvəlindən “Atəşgah Sığorta”dan şikayətlər artmağa başlayıb. Sığorta şirkəti şikayətlərinin həcminə (1,21 indeksi ilə) növbəti dəfə 2-ci pillədə yer alıb.

Avtomobillərin icbari sığortası üzrə digər 5 sığorta şirkəti yaşıl zolaqda yer alıb, yəni şikayətlərin sayı yüksək olmayıb. Tam siyahı isə aşağıdakı kimidir:

Xəbər xətti