Neftin qiyməti 60 dollardan aşağı düşdü

14:22 - 9 Aprel 2025 - İQTİSADİYYAT

Neftin qiyməti 60 dollardan aşağı düşüb

Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, ICE London birjasında Brent markalı neftin qiyməti 8 fevral 2021-ci ildən bəri ilk dəfə olaraq 60 dollar/bareldən aşağı düşüb. Belə ki, qiymət bir barelə görə, 59,78 olub.

Eyni zamanda WTI markalı neftin may fyuçersləri 57,12 dollar olub.

Xəbər xətti