ABŞ qeyri-qanuni immiqrantları ölkəni tərk etməkdən imtina etdiklərinə görə gündə 998 dollar cərimə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) mətbuat katibi Trisia Maklaflin bildirib.
Belə ki, Tramp administrasiyası deportasiya əmri verildikdən sonra ölkəni tərk etməkdən imtina edən miqrantları gündə 998 dollara qədər cərimələməyi planlaşdırır.
Maklaflin qeyd edib ki, əgər onlar bunu etməsələr, nəticələri ilə üzləşəcəklər. Onun sözlərinə görə, buraya qeyri-qanuni immiqrantın son deportasiya əmrini yerinə yetirməkdə gecikdiyi hər gün üçün 998 dollar məbləğində cərimələr daxildir.
Bundan əlavə, hakimiyyət orqanları cərimələri ödəməkdən imtina edən miqrantların əmlakının müsadirə edilməsi imkanlarını araşdırır.
///tass