Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi portuqaliyalı Xorxe Jezus futbol üzrə Braziliya millisinin növbəti məşqçisi olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə UOL Esporte portalı məlumat yayıb.
Xesusun "Əl-Hilal"la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.Mənbənin sözlərinə görə, komandanın nəzəri cəhətdən çempionluq şansı qalmadığı halda, may ayında müqaviləyə xitam verilə bilər. Braziliya Futbol Konfederasiyasının prezidenti Enaldo Rodrigesin Xesusla danışıqlar apardığı bildirilir.
Martın 29-da müqaviləsi 2024-cü ilin yanvarında imzalanan Dorival Junior Braziliya millisinin baş məşqçisi postunu tərk edib.