Rusiya prezidenti Vladimir Putin Donald Tramp 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinə başlayandan bəri onunla yalnız bir telefon danışığı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Onların tez-tez telefon əlaqəsi yoxdur. Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub", - Kreml sözçüsü bildirib.
Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub.