X-in işində nasazlıq baş verdi

14:28 - 10 Mart 2025 - DÜNYA

 X sosial şəbəkəsinin işində nasazlıq bir neçə ölkədə müşahidə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən Downdetector xidmətinin saytında məlumat verilib.

Məlumata görə, problem görənlərin 46%-i proqramda nasazlıqlar olduğunu, 41%-nin serverə qoşulmadığını, 13%-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.

Ən çox şikayətlər Yaponiyadan gəlir. Tətbiqin fəaliyyətindən 70 mindən çox ölkə vətəndaşı şikayət edib.

Sosial şəbəkə ilə bağlı problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də qeydə alınıb.

Xəbər xətti