Mingəçevirdə orta məktəb müəllimi dəm qazının qurbanı olub.
Ucnoqta.az xəbər verir ki, şəhərin Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə yaşadığı evdə həyatını itirib.
38 yaşlı qadın Yevlax rayonunun Xaldan qəsəbəsinin tam orta məktəbinin tarix müəllimi olub.
Məktəbin feysbuk səhifəsində vəfat edən müəllimlə bağlı paylaşım edilib.