ABŞ Kanada və Meksikadan mallara idxal rüsumları tətbiq etməyə başlayıb

09:53 - 4 Mart 2025 - İQTİSADİYYAT

ABŞ Kanada və Meksikadan daha əvvəl bir ay gecikdirilən mallara idxal rüsumları tətbiq etməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş açıqlamada deyilir.

Açıqlamada bildirilir ki, Prezident Tramp Kanada və Meksikaya təhlükəli kartel fəaliyyətini və ölkəmizə ölümcül narkotiklərin axınını cilovlamaq üçün geniş imkanlar versə də, onlar vəziyyəti adekvat şəkildə həll edə bilməyiblər. 

ABŞ Meksika hakimiyyətini narkotik kartelləri ilə lazımi şəkildə mübarizə aparmamaqda günahlandırır və cinayət təşkilatlarının Kanadada qeyri-qanuni bizneslərini genişləndirdikləri bildirir. ABŞ administrasiyasının məlumatına görə, buradan da ABŞ-a əhəmiyyətli miqdarda narkotik axınının gəldiyini qeyd edib.///tass

Xəbər xətti