Çin ABŞ-ın öz mallarına rüsumları artırmasına cavab olaraq öz hüquq və maraqlarını qorumaq üçün əks tədbirlər görəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Çin kəskin narazılığını və qəti etirazını bildirir və öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün cavab tədbirləri görəcək.
Nazirlik xatırladıb ki, ABŞ-ın birtərəfli tarifləri Dünya Ticarət Təşkilatının qaydalarını pozur və çoxtərəfli ticarət sisteminə zərbə vurur.