Donald Tramp administrasiyası martın 4-də Kanada mallarına rüsum tətbiq edərsə, Kanada 155 milyard Kanada dolları (107,4 milyard dollar) məbləğində cavab tarifləri tətbiq edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Melani Coli məlumat verib.
"Tramp tariflər tətbiq etsə, biz 155 milyard dolları məbləğində tariflərlə hazır olacağıq", - nazir deyib.
Coli ABŞ prezidentinin vəd etdiyi tarifləri Kanada üçün ekzistensial təhlükə adlandırıb və Ottavanın buna hazır olduğuna əmin edib.
"ABŞ öz ticarət müharibəsinə başlamaq qərarına gəlsə, biz buna hazır olacağıq", - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.