Martın 2-dən 3-dək son 24 saat ərzində Rusiya ordusu Ukraynaya qarşı döyüşlərdə 1350 əsgər itirib. Ümumilikdə, 2022-ci ildən bəri Rusiya Ordusunun itkiləri 878 min nəfəri ötüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
24.02.22-dən 27.02.25-dək düşmənin ümumi döyüş itkiləri təxminən:
Şəxsi heyət - təxminən 878 070 (+1 350) nəfər;
tanklar - 10 252 (+11) ədəd;
zirehli döyüş maşınları - 21 290 (+16) ədəd;
artilleriya sistemləri - 24 019 (+60) ədəd;
MLRS - 1306 ədəd;
hava hücumundan müdafiə sistemləri - 1093 (+2) ədəd;
təyyarə - 370 ədəd;
helikopterlər - 331 ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 27 655 (+61) ədəd;
qanadlı raketlər - 3085 ədəd;
gəmilər/qayıqlar - 28 ədəd;
sualtı qayıqlar - 1 ədəd;
avtomobil avadanlığı və sisternlər - 39 327 (+109) ədəd;
xüsusi texnika - 3763 ədəd.