Bazar ertəsi gecə Tayvan hərbçiləri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 10 təyyarəsi və 6 gəmisi, həmçinin 4 rəsmi gəmisini qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə idarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Tayvan tərəfinin məlumatına görə, yerli vaxtla səhər saat 6:00-a qədər doqquz Çin təyyarəsi adanın hava hücumundan müdafiə qüvvələrinin nəzarətində olan hava məkanının cənub-qərb və cənub-şərq sektorlarına daxil olaraq Tayvan boğazının şərti ayırıcı xəttini keçib.
Qeyd olunur ki, vəziyyət izlənilərək cavab tədbirləri görülüb.