Amerikalı bznesmen, Tesla və SpaceX-in rəhbəri İlon Mask Ukrayna prezidenti Volodimir Zelenskinin alleqorik şəkildə təsvir olunduğu təxribat xarakterli rəsmini dərc edib.
Ucnoqta.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində müvafiq paylaşım edib.
Şəkildə qatarın hərəkət etdiyi dəmir yolu relslərinə zəncirlənmiş insanlar göstərilir. Yolda yatanların bəziləri artıq yaralıdır, amma qarşıda hələ sağ olanlar var. Yaxınlıqda “Zelenski” yazısı olan bir personaj var, o, qatarı saxlamağa qadirdir, lakin hərəkətsizdir.
“Siz istənilən vaxt qatarı dayandıra bilərsiniz, lakin siz qatarı bir neçə ildən sonra fəaliyyətini bərpa etməyəcəyinə dair zəmanət tələb edərək imtina edirsiniz”, - fotonun altında yazılıb.