ABŞ prezidenti Donald Trampın administrasiyası avropalı tərəfdaşlarına açıq şəkildə bildirib ki, Ağ Evdəki davranışına görə Ukrayna prezidenti Volodimir Zelenskidən açıq üzr istəməsini istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ rəhbərliyindəki mənbəyə istinadən Bloomberg agentliyi məlumat yayıb.
Mənbənin qeyd etdiyi kimi, Ukrayna ilə ABŞ arasında birbaşa dialoqun bərpası üçün Kiyevin üzr istəməsi lazımdır.