Fevralın 23-də Amerika hərbçiləri Suriyanın şimal-qərbində hava hücumu zamanı “Əl-Qaidə” ilə əlaqəli “Hürrəsəddin” terror təşkilatının liderlərindən birini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın məlumatında deyilir ki, fevralın 23-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava zərbəsi endirib və nəticədə Əl-Qaidə ilə əlaqəli Hürrəsəddinin yüksək rütbəli hərbi komandiri Məhəmməd Yusuf Ziya Təlai öldürülüb.