Rusiya hava hücumundan müdafiə sistemləri bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 702 pilotsuz təyyarəsini, həmçinin xüsusi hərbi əməliyyat zonasında MiQ-29 təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, son bir həftə ərzində hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini, Fransa istehsalı olan 13 “Hammer” idarəolunan aviabombasını, 20 Amerika JDAM idarəolunan hava bombasını, ABŞ istehsalı olan doqquz HIMARS reaktiv yaylım atəşini və 42 Çexiya istehsalı olan “Vampire” raketini, eləcə də bir neçə raket atışını vurub.