Milli Məclis üzvləri bəzən qeyri-standart açıqlamalar verir. Sonra media nümayəınələri də bizlərdən izahat istəyirlər. Dünın Milli Məclisin deputatı, hörmətli Mübariz Qurbanı belə bir fikir söyləyib ki, "Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər". İndi media bu fikirləri aydınlaşdırmaq istəyir və bizlərə suallar ünvanlayırlar.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
"Mərkəzi İcra Hakimiyyəti orqanına 10 il rəhbərlik etdiyi dövrü çıxmaqla 1995-ci ildən Milli Məclis üzvü olan çox savadlı bir şəxsin bu fikirləri ilə bağlı mənim özümdə də suallar yaranıb.
Bu suallar aşağıdakılardır:
- Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statistikaya inansaq Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunlarında çoxu qadınlardır. İndi DSMF hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud qadın sadəcə könüllü olaraq evdar qadın olub? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçüb heç məşğulluq orqanlarında uçota da durmayıb" - Sahib Məmmədov qeyd edib.
"Fikrimcə bir yol qalır. Gərək qadın məhkəmə qaydasında idda qaldırsın ki, ərim məni işləməyə qoymur. Ərini məhkəməyə verə bilən qadın məncə, onun “işləmə” qadağasını da iqnor edə bilər"
Hüquq müdafiəçisi vurğulayır ki, digər problem hətta qadın məhkəmə yolu ilə sübut etdi ki, onu işləməyə əri qoymayıb:
"Bu hada kişinin yığım kapitalı iki hissəyə bölünəcək və 90% halda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına çatana qədər minimum həddə çatmayacaq (bu ildən 46080 manat) və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa hər ikisi əmək pensiyası hüquqndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir?"
S. Məmmədovun sözlərinə görə, yığım kapitalı bölünürsə bu halda sığorta stajı da bölünməlidir:
"Bu necə baş verə bilər? Bu hal olsa əmin olun ki, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək.
Nəhayət. Əmək pensiyaları haqqında qanuna görə ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa ərinin (arvadının) əmək pensiyasını ala bilər. Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda əgər onun əmək pensiyası ərinin əmək pensiyasıdan azdırsa o zaman ərinə aid əmək pensiyasını ala bilər.
Məndə hələ məsələnin ən sadə forması ilə bağlı suallar yarandı. Boşanma halıda necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, amma xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?"