Ürək xəstələri oruc tuta bilərmi?

08:48 - 28 Fevral 2025 - DİGƏR

Ramazan ayı şənbə günü başlayır. Cümə gecəsi ilk sahurla oruc tutulacaq. Bəs nəyə diqqət etməliyik?
Ramazan ayı orucluq borclarını yerinə yetirmək istəyənlər üçün mənəvi təmizlənmə dövrüdür. Orucun orqanizmi toksinlərdən təmizlədiyi də məlumdur.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ancaq sağlam orucun ilk şərti adekvat və balanslı qidalanmadır. Bu səbəbdən Ramazan ayında qidalanmamıza çox diqqətli olmalıyıq. 

Ürək-damar Cərrahiyyəsi həkimi Cengiz Köksal Ramazan ayında ürək xəstələrinin diqqət etməli olduğu həyati məqamları da bölüşüb. 
"Ancaq yaşlı olan və yüksək təzyiq, şəkər xəstəliyi kimi xroniki xəstəlikləri olanların mütləq həkim müayinəsindən keçməsi lazımdır. Dərman istifadə saatları, susuzluq və uzun müddətli oruc tutmaq ürək xəstələri üçün ciddi risklər yarada bilər.

Buna görə də qərar həkim nəzarəti altında verilməlidir. Ramazan ayında ürək qapağı əməliyyatı keçirmiş və metal qapaqlı xəstələrin istifadə etdiyi qan durulaşdırıcı dərmanların dozaları yaxından izlənilməlidir.
Uzun müddətli aclıq və susuzluq qan dəyərlərində dəyişikliklərə səbəb olaraq həyati təhlükə yarada bilər.
Ramazan ayında edilən ən böyük səhvlərdən birinin sahuru atmaq olduğunu ifadə edən Prof. Dr. Köksal, "Uzun saatlar davam edən aclıq və susuzluq xüsusilə ürək xəstələrində aşağı təzyiq və ani xəstəliklərə səbəb ola bilər" dedi.

Xəbər xətti