İsrail Fələstinin Qəzza zolağı ilə Misir arasındakı sərhəddən qoşunlarını çıxarmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, şənbə günü başa çatan hazırkı atəşkəs müddəti uzadılacağı təqdirdə hərbçilərin martın əvvəlində bölgədən qoşunları çıxarmağa başlayacağı gözlənilirdi.
Mənbə bildirib ki, HƏMAS qatillərinə bir daha yük maşınlarını və silahları sərhədlərimizdən keçirməyə icazə verilməyəcək.