ABŞ Silahlı Qüvvələri uzun mənzilli hipersəs silahlar alacaq

11:23 - 27 Fevral 2025 - DÜNYA

Uzun mənzilli hipersəs silahları 2025-ci maliyyə ilinin sonuna kimi ABŞ Silahlı Qüvvələrində xidmətə daxil olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Defence News” nəşri Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Vaşinqton ştatındakı Lyuis-Makkord Birgə Bazasında yerləşən 17-ci Artilleriya Briqadası üçün yerüstü hipersəs raketlərindən gedir.
Qeyd olunur ki, silahlar 2023-cü ilin payızına qədər yerləşdirilməli idi, lakin sınaq zamanı müəyyən edilən problemlərə görə bu baş verməyib.

Xəbər xətti