Oktyabrın 13-də Kral Elmlər Akademiyasının İqtisadiyyat üzrə Nobel Komitəsi tərəfindən Alfred Nobelin xatirəsinə Sveriges Riksbank mükafatının qalibinin adı açıqlanacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nobel Fondunun press-relizində deyilir.
Fiziologiya və ya tibb sahəsində laureatın adını oktyabrın 6-da Karolinska İnstitutunda Nobel Komitəsi, fizika və kimya sahəsində isə oktyabrın 7-də və 8-də Kral Elmlər Akademiyasının Nobel komitələri açıqlayacaq.
Oktyabrın 9-da İsveç Akademiyası ədəbiyyat sahəsində öz seçimini elan edəcək.
Nobel Sülh Mükafatı laureatı oktyabrın 10-da Osloda elan olunacaq. Bunu Norveç Nobel Komitəsi elan edəcək.
Oktyabrın 13-də Stokholmda Kral Elmlər Akademiyasında İqtisadiyyat üzrə Nobel Komitəsi tərəfindən Alfred Nobelin xatirəsinə Sveriges Riksbank mükafatının qalibinin adı açıqlanacaq.