Ukrayna Ordusunun Su-27 təyyarəsi vurulub
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub.
Həmçinin Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində 4 Hammer bombası, 7 HIMARS mərmisi və 199 Ukrayna pilotsuz təyyarəsini vurub.