Tramp Trüdo və Şeynbaum ilə tarifləri müzakirə edəcək

08:32 - 3 Fevral 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo və Meksika prezidenti Klaudiya Şeynbaum ilə ABŞ-ın öz ölkələrindən gələn mallara tətbiq etdiyi rüsumları müzakirə edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlar fevralın 3-də baş tutacaq.

"Kanada və Meksikanın ABŞ-a “çox pul borcu var. Və mən əminəm ki, onlar ödəyəcəklər”, - Tramp bildirib.

O, həmçinin Avropa İttifaqına da tariflərin tətbiq ediləcəyini bildirib, lakin konkret tarix açıqlamayıb.

Xəbər xətti