Sudanda bazar atəşə tutulub - 61 nəfər ölüb

08:53 - 2 Fevral 2025 - DÜNYA

 Xartum əyalətində yerləşən Omdurman şəhərində bazara artilleriya zərbəsi nəticəsində azı 61 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

O, yerli həkimlərin məlumatlarına istinad edərək, qəsdən atılan atəş nəticəsində daha 65-dən çox insanın yaralandığını bildirib. Zərbənin Çevik Reaksiya Qüvvələri (RRF) tərəfindən həyata keçirildiyi iddia edilir.

Öz növbəsində respublikanın Səhiyyə Nazirliyi 54 nəfərin öldüyü, 158 nəfərin yaralandığı barədə məlumat yayıb.

Xəbər xətti