Türkiyə diplomatik missiyasının rəhbəri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Suriyadakı vəziyyəti və regional məsələləri müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Məlumata görə, yanvarın 31-də xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Regional hadisələr və Suriyadakı vəziyyət müzakirə edilib. Hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb.
Müzakirə zamanı Suriyada siyasi keçid prosesinin əhatəli olmasının təmin edilməsinin vacibliyi qeyd edilib.