Rusiya prezidenti Vladimir Putin general-polkovniki işdən çıxarıb
Ucnoqta.az xəbər verir ki, prezidentin sərəncamı ilə Rusiya Federasiyası Milli Qvardiyasının Federal Xidməti direktorunun müavini - Milli Qvardiyanın Ali Baş Komandanı Sergey Lebedevi vəzifəsindən azad edib.
Polis general-polkovniki uzun illər Daxili İşlər Nazirliyi sistemində, son vaxtlar isə Rusiya Milli Qvardiyasında çalışıb.
İdarədən kənar mühafizəyə nəzarət edib.
HONEST DETEKTİV mənbənin sözlərinə görə, Lebedev ölkənin iri neft şirkətlərindən birində vəzifə tutacaq.