HƏMAS fevralın 1-də İsrail, ABŞ və Fransa vətəndaşlarını azad edəcək

13:35 - 31 Yanvar 2025 - DÜNYA

Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibası, Amerika pasportu sahibi Keyt Seqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi Əbu Ubeydə Telegram kanalında dərc edib.

Qeyd olunur ki, mübadilə razılaşmasının bir hissəsi olaraq fevralın 1-də Ofer Kalderon, Keyt Seqal və Yarden Bibası azad etmək qərarına gəlinib.

Xəbər xətti