ABŞ prezidenti Donald Tramp deyib ki, onun gördüyü tədbirlər ABŞ-ın xarici təşkilatlara 1,7 milyard dollarlıq ödənişinin dayandırılması ilə nəticələnib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı deyib.
“Biz xarici təşkilatlara 1,7 milyard dollar icazəsiz ödənişləri, o cümlədən çox korrupsiyalaşmış Ümumdünya Səhiyyə Təşkilatına gedən 40 milyon dollardan çox vəsaiti dayandırdıq. O, öz işini görmür, düzgün görmür” - prezident deyib.
“Biz HƏMAS üçün prezervativ almaq üçün Qəzzaya göndərilən 50 milyon dolları müəyyənləşdirdik və dayandırdıq”, - Amerika lideri əlavə edib.
"Onlarla nə etdiklərini bilirsinizmi? Onlardan bomba hazırlamaq üçün istifadə etdilər. Bəs necə?" – Tramp vurğulayıb.