Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermə başa çatıb.
Ucnoqta.az xəbər verir ki, saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb.
Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb.
Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.