Qazaxıstanın Baş Prokurorluğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib.
“İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi asan məsələ deyil. Nəticələri gözləyirik”, - deyə Koygeldiev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırıb.