Rusiya İstanbul razılaşmalarını yerinə yetirməyə hazır idi - Putin

21:56 - 28 Yanvar 2025 - DÜNYA

Rusiya Ukraynaya qarşı iddiaların olmasına baxmayaraq, 2022-ci ilin yazında əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirməyə hazır idi.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən deyib.

"Baxmayaraq ki, orada mübahisəli məqamlar var idi və Xarici İşlər Nazirliyi bunu qeyd etdi, buna baxmayaraq, mən razılaşdım ki, biz bu sənədi həyata keçirməyə hazırıq.
Martın 15-i və ya 16-sı axşam biz Kiyevə bildirdik ki, biz bu sənədi yekunlaşdırıb imzalamağa razılaşdıq. Orada işləmək üçün praktiki olaraq heç nə yox idi” - Putin deyib.

Xəbər xətti