Putin ehtiyatda olan hərbçiləri yığır

21:45 - 16 Yanvar 2025 - SİYASƏT

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşları olan ehtiyatda olan hərbçiləri 2025-ci ildə hərbi hazırlıq üçün çağırılması haqqında fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənəddə qeyd olunur ki, 2025-ci ildə ehtiyatda olan Rusiya Federasiyası vətəndaşlarını Rusiya Federasiyası Silahlı Qüvvələrində, Milli Qvardiyanın qoşunlarında, Rusiya Federasiyası Mülki İşlər Nazirliyinin xilasedici hərbi birləşmələrində hərbi təlim keçməyə çağırılır.

Rusiya Federasiyası hökumətinə və regional hakimiyyət orqanlarına vətəndaşların hərbi təlimlərə çağırılması və bu təlimlərin keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər xətti