Yaponiya NATO-da daimi nümayəndəliyini açıb

14:27 - 16 Yanvar 2025 - DÜNYA

Yaponiya NATO-da ayrıca daimi nümayəndəlik açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi yerinə yetirirdi.

Seneqaldakı keçmiş səfir Osamu İzava alyansa daimi nümayəndə təyin edilib.

Struktur olaraq Yaponiyanın Brüsseldəki səfirliyinin bir hissəsi olan Yaponiyanın NATO yanında missiyası 2018-ci ildə açılıb.
XİN qeyd edib ki, ayrıca təşkilati strukturun yaradılması Yaponiyaya NATO ilə daha da səmərəli əməkdaşlıq etməyə imkan verəcək və gələcəkdə əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək.

Xəbər xətti