Fələstin radikal HƏMAS hərəkatının yaraqlı qanadının, İzzəddin Əl-Qəssam Briqadasının rəhbəri Məhəmməd Sinvar HƏMAS-ın Qəzza zolağındakı yeni lideri olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında vəfat edən Həmas lideri Yəhya Sinvarın kiçik qardaşıdır.
Nəşrin mənbələri qeyd edir ki, hərəkatın yeni rəhbəri 2023-cü ilin oktyabrından Fələstin anklavında apardığı İsrail hərbi əməliyyatı nəticəsində onun döyüş imkanları ciddi şəkildə zədələndiyi üçün qrupun canlandırılması üçün fəal səylər göstərir.///tass