Kanadanın baş naziri Castin Trüdo yaxın aylarda istefa verdikdən sonra bir müddət istirahət etməyi və uşaqları ilə daha çox vaxt keçirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, hökumət başçısı MSNBC-yə müsahibəsində planlarını bölüşüb.
"Mən bir az istirahət etməyi, bir az fasilə verməyi və uşaqlarımla daha çox vaxt keçirməyi səbirsizliklə gözləyirəm", - Trüdo deyib.
Trüdonun üç övladı var. 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan boşandı.