Avropa İttifaqı (Aİ) yanvarın 14-də Rusiyaya qarşı sanksiyaların 16-cı paketini hazırlamağa başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiosuna Brüsseldəki diplomatik mənbələr bildiriblər. Aİ-yə sədrlik edən Polşa məhdudiyyətlərin fevralın 24-də qəbul edilməsini istəyir.
Məlumata görə, çərşənbə axşamı Avropa Komissiyası (AK) Aİ-yə üzv dövlətlərin nümayəndələri ilə Rusiya Federasiyasına qarşı gələcək tədbirlərlə bağlı ideyaları müzakirə etməyə başlayacaq və onlar öz təkliflərini AK-ya təqdim edəcəklər.
Güman edilir ki, 16-cı anti-Rusiya sanksiyalar paketinin layihəsi yanvar-fevral aylarında hazır olacaq.