Moskva-Dubay reysi ilə uçan UTair aviaşirkətinə məxsus Boeing 767 Vnukovo hava limanına məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, ilkin məlumata görə enişə səbəb uçuş zamanı hidravlik mayenin sızması ilə əlaqədardır.
Sərnişin təyyarəsinin göyərtəsində 240 nəfər var.
Yanvarın 7-də həmin aviaşirkətin Sankt-Peterburqdan Səmərqəndə uçan Boeing 737 təyyarəsi Vnukovoda məcburi eniş edib.