Bu qəpiklər baha satılır - SƏBƏB

12:34 - 11 Yanvar 2025 - Xəbər

10, 20, 50 qəpiyin 250, 150, 80 manata alış və satışı... Son vaxtlar elan saytlarında və sosial şəbəkələrdə belə elanların sayı artıb. Maraqlısı budur ki, qəpiklər köhnə və ya nadir buraxılış deyil. Lakin buna baxmayaraq müəyyən şəxslər bu qəpikləri yüksək məbləğdə satır.

Ucnoqta.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, hüquqşünasların sözlərinə görə, bəzi kolleksiyaçılar qəpiyin dövriyyədə az olduğunu hesab edib bu kimi alışlara üstünlük verir.

Hüquqşünas Kamandar Hüseynov deyir ki, bu fəaliyyət Azərbaycan Respublikasının valyuta tənzimi qanununun məqsədlərinə ziddir.

Hüquqşünas onuda əlavə etdi ki, belə fəaliyyətlərin genişlənməsi nəticəsində qəpiyin dövriyyədə çatışmazlığı yarana bilər.

Daha ətraflı videoda:

Xəbər xətti