Rusiyanın baş naziri Vyetnama səfər edəcək

09:27 - 10 Yanvar 2025 - DÜNYA

Rusiyanın baş naziri Mixail Mişustinin Vyetnama rəsmi səfəri yanvarın 14-15-də baş tutacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam, ölkə prezidenti Luonq Kuonq, baş nazir Fam Min Çin və Milli Assambleyanın sədri Tran Thanh Man ilə görüşlər və danışıqlar planlaşdırılır.

Danışıqlar zamanı ölkələr arasında əlaqələrə dair geniş spektrli məsələlərin, o cümlədən ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər xətti