Milyarder Frank McCourta məxsus Amerika qeyri-kommersiya təşkilatı (NPO) Project Liberty Çinin ByteDance şirkətinə özünün TikTok sosial şəbəkəsinin hansı ki 10 gün ərzində qadağan oluna biləcək Amerikadakı aktivlərini almaq təklifi göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə QHT-nin X sosial media səhifəsində verdiyi bəyanatda deyilir.
Təşkilat bildirir ki, sosial şəbəkəni əldə edərsə, platformanın arxitekturasını elə dəyişdirmək niyyətindədir ki, insanlar öz rəqəmsal məlumatlarına özləri nəzarət etsinlər.
Xüsusilə, Project Liberty sosial şəbəkəni açıq mənbəli protokola keçirmək niyyətindədir. Sövdələşmənin maliyyə təfərrüatları açıqlanmayıb.