Tuva Respublikasında 4,1 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tuva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tere-Xolski rayonunun Kunqurtuq yaşayış məntəqəsindən 45 km şimal-şərqdə 4,1 bal gücündə seysmik hadisə qeydə alınıb.
Yer səthində heç bir titrəyiş hiss edilməyib.