Gürcüstan parlamenti Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradacaq

14:34 - 9 Yanvar 2025 - DÜNYA

Gürcüstan parlamenti Mixail Saakaşvilinin hakimiyyətdə olduğu 2003-2012-ci illərdə ölkə hökumətinin törətdiyi sistemli cinayətləri araşdıracaq xüsusi komissiya yaradacaq.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.

“Yuxarıda qeyd olunan sistemli cinayətləri araşdırmaq və Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və bu cinayətləri törədən şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, - Mdinaradze bildirib.

Xəbər xətti