Çində yeni meymun çiçəyi halları aşkar edilib

12:21 - 9 Yanvar 2025 - DÜNYA

Çinli həkimlər meymun çiçəyi virusunun lb variantı ilə bir neçə yoluxma halını qeyd ediblər.

Ucnoqta.az xəbər verir ki, Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi xəstəliyin yayılma potensialının artıq nəzarət altına alındığını bildirib.

Mərkəzin məlumatına görə, infeksiya mənbəyi Konqo Demokratik Respublikasından Çinə gələn əcnəbi olub.
 Xəstəlik aşkar edildikdən sonra Pekin və Tianjin şəhərlərində, eləcə də Zhejiang və Guangdong əyalətlərində müvafiq Çin departamentləri xəstəliyin yayılmasının qarşısını almaq və nəzarət etmək üçün tez bir zamanda birgə mexanizm işə saldılar.

Yoluxmuş şəxslə yaxın təmasda olan 4 nəfər çiçək xəstəliyinə yoluxub. Yoluxmuşlar səpgilər və herpes də daxil olmaqla yüngül simptomlarla qarşılaşdılar.
Onların hamısı həkim nəzarətindədir və lazımi tibbi yardım göstərilir.///tass

Xəbər xətti