Milli Xokkey Liqasının (NHL) "Los-Anceles" və "Kalqari" komandaları arasında keçirilən növbəti mövsüm görüşü Kaliforniya ştatında baş verən yanğınlar səbəbindən təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Faceoff portalının jurnalisti Frank Seravalli X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Qarşılaşma yanvarın 9-na, saat 6:30-da başlamalı idi. Görüş "Los-Anceles"in buz üzərində baş tutmalı idi.
Kaliforniya qubernatoru Gavin Newsom ştatda fövqəladə vəziyyət elan edib.
Fox News kanalının məlumatına görə, 30 mindən çox yerli sakinə təxliyə əmri verilib, Los-Anceles dairəsində 200 mindən çox elektrik istehlakçısı işıqsız qalıb.