Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, söhbət Amerika ordusunun mövcud anbarlarındakı silahların sıradan çıxarılmasından gedir.
Yeni yardım paketi Ukraynaya yardım üzrə təmas qrupunun yanvarın 9-da Almaniyada keçiriləcək iclasında rəsmən elan ediləcək.